Yeni Suraxanı sakinlərinin şikayətinə niyə baxılmır? – İDDİA

Yeni Suraxanı rayonu, 14 İyul küçəsindəki sakinlər yol problemindən əziyyət çəkirlər.

 

Belə ki, sözügedən ərazidə bütün məhəllələrə asfalt örtüyü döşənsə də, 4-cü məhəllə asfaltlanmayıb. Sakinlər deyirlər ki, təxminən 500 metr məsafəni palçıqlı yolla getmək məcburiyyətində qalırlar.

 

Onların sözlərinə görə, yağışlı havalarda vəziyyət daha bərbad olur:

 

“Bütün küçələr, hətta yaşayış olmayan yerlər də asfaltlandı, amma bizim küçəmiz qaldı. Dəfələrlə aidiyyəti qurumlara müraciət etdik, şikayətlərimizi bildirdik. Amma bizim şikayətlərə baxılmadı”.

 

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, bütün asfaltsız küçələrin siyahısı aidiyyəti quruma təqdim olunub: “Hətta növbəti hazırlanan proqrama da salınıb. Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) tərəfindən növbəti illərdə sözügedən ərazi asfaltlanacaq”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?