Azərbaycanla sülh müqaviləsi bağlamaq mümkündür. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todo Noticias” telekanalına müsahibəsində deyib.
Bu yay Azərbaycan və Ermənistan arasında sülh imzalana bilərmi?
Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az açıqlama verib:
O bildirib ki,indiki məqamda bu prosesin olacağıda gözlənilmir:
“Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması tükənməyib. Bu mümkün variantdır. Görünən odur ki, sülh müqaviləsi imzalana bilər. Amma bu məsələ Ermənistan və Azərbaycan ilə yanası regiondakı maraqlı olan dövlətlərdən də asılır. Hesad edirəm ki, indiki məqəmda tərəflərinin verdiyi qərar ilə birlikdə, regionkı güclərin verəcəyi qərar da çox önəmlidir.
Məhz ona görə də bir həftə sülh ritorikası, bir həftə müharibə ritorikası hakim olur. Bu səbəbdən proses uzanır. Ona görə də yay aylarında sülhün imzalanacağı real görsənmir. Hətta bu ilinn sonuna qədər də sülh müqaviləsi imzalanacağı reallığı əks etdirmir. Çünki, burada əsas söz sahibi olan ölkələr və maraqları var. ABŞ, Rusiya, Avropa İttifaqı tamam fərqli fərqli istəklər irəli sürür. Bəziləri “daban-dabana” zidd olan istəklər verir. Bu səbəbdən qısa zamanda sülhün olacağını gözləmirəm. Bunun üçün regionda söz sahibi olmaq istəyən güclər ortaq qərara gəlməlidir. İndiki məqamda bu prosesin olacağıda gözlənilmir. Ona görə də bir müddət proseslər bu formada davam edəcək”.
Sonxeber.az