“Xalqımız bir daha ölkəmizin parlaq gələcəyinə səs verərək müstəqilliyimizi və suverenliyimizi əbədi etdi” – DEPUTAT
“Xalqımız bir daha ölkəmizin parlaq gələcəyinə səs verərək müstəqilliyimizi və suverenliyimizi əbədi etdi” – DEPUTAT”Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Prezident seçkiləri uğurla başa çatdı”.
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat vurğulayıb ki, qalib xalqımız döyüşkən, mübariz əzmini seçki qutuları başında da nümayiş etdirərək bütün dünyaya seçki mədəniyyətini göstərdi:
“Müstəqilliyi əbədi olan dövlətimizin yeni inkişaf mərhələsi hər bir vətəndaş üçün xeyirli olsun! Bundan sonra əminəm ki, möhtəşəm qələbə vəz zəfərlər bizimlə olacaq. Azərbaycan xalqına yalnız Zəfər yaraşır! Qarşımızda böyük hədəflər var. Bu hədəflərə biz yalnız cənab İlham Əliyev kimi güclü liderlə çata bilərik. Xalqımız bir daha ölkəmizin parlaq gələcəyinə səs verərək müstəqilliyimizi və suverenliyimizi əbədi etdi”.
Deputat vurğulayıb ki, bu dəfə də ölkəmizə qarşı təxribatlar törətməyə çalışan ermənipərəst qüvvələrin planı baş tutmadı:
“Azərbaycan xalqı bütün demokratik seçki mədəniyyətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız bayram əhval-ruhiyyəsi ilə səs verməyə gəlirdi. Ən önəmlisi isə müstəqil Azərbaycan tarixində Xankəndində də seçkilər keçirildi. Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə Xankəndidə səs verməklə bölgədə Azərbaycan Konstitusiyasının bərpa edildiyini bir daha nümayiş etdirmiş oldu”.
Sonxeber.az