“O qadın ki, ərə gedib, fiqurası yaxşı olsun deyə uşaq doğmur…” – Xalq artisti yıxdı-sürüdü
Xalq artisti Afaq Bəşirqızı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışına münasibət bildirib.
A.Bəşirqızı Pravda.az-a açıqlamasında deyib ki, o da çoxuşaqlı ailələrin tərəfdarıdır.
“Uşaq vətən deməkdir. Vətəni yaşatmaq üçün isə onun əhalisi olmalıdır. Əlbəttə, sosial təminat barədə nəsə fikirləşməliyik. Düzdür, çətindir, amma mütləq uşaq pulu məsələsi həll olunmalıdır. Uşaqlı ailələrə kömək mütləq lazımdır. Təkcə dövlət yox, bu işlə hamımız maraqlanmalıyıq. Lazımdırsa, kömək etməliyik, hansısa bir şeylərə əl atmalıyıq ki, bizim uşaqlarımız firəvan böyüsünlər. Ac qarınla yox, tox qarınla böyüsünlər. Əlbəttə, belə halda valideynlər də çox uşaq istəyərlər”, – deyə Xalq artisti bildirib.
A.Bəşirqızı “bəzi xanımlar fiquraları pozulmasın deyə uşaq doğmurlar” fikrinə isə belə reaksiya verib:
“Fiqura qorumaqla ailə olmur. Onlara “ailə” deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər. Mən belə şeyə razılıq vermirəm. Belə ailə olacağına da inanmıram”. / oxu.az