Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oktyabrın 8-i gündüzdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20, arabir 23-25 metr olacağı proqnozlaşdırılır. Oktyabrın 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-28 metr/saniyə, yarımadanın bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Oktyabrın 9-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı ehtimal edilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enərək, oktyabrın 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.
Oktyabrın 8-i gündüzdən 9-u gündüzədək Azərbaycanın rayonlarında cənub-qərb küləyinin sürətinin 15-20, arabir 23-28 metr/saniyə olacağı proqnozlaşdırılır. Oktyabrın 9-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, ayrı-ayrı yerlərdə arabir 30-35 metrədək güclənəcəyi ehtimal edilir.
Oktyabrın 9-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.