26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümü münasibətilə Ümummilli Lider Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik Fuad İbrahimov və səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər Tbilisidəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar-Fotolar