Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və xəzinə və maliyyə naziri Mehmet Şimşək bu gün Qətərə işgüzar səfər edəcək.
Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, Cevdet Yılmaz və Mehmet Şimşək prezident Rəcəb Tayyib Ərdoğanın 17-19 iyul tarixlərində Körfəz ölkələrinə səfərindən əvvəl Qətərə işgüzar səfər edəcək.
Səfər çərçivəsində Cevdet Yılmaz və Mehmet Şimşək Türkiyə ilə Qətər arasında əlaqələrin gücləndirilməsi və iqtisadi əməkdaşlıq imkanlarının qiymətləndirilməsi ilə bağlı bir sıra görüşlər keçirəcəklər.
Milli.Az