Türkiyədə Kibercinayətlərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Türkiyənin “Milliyet”qəzeti məlumat yayıb ki, çirkli pulların yuyulması ilə bağlı 120 nəfər saxlanılıb. Məlumata görə, həmin fenomenlərin olduğu dəstə kredit kartları ilə fırıldaqçılıqda günahkar bilinir. Bu dəstənin sosial media fenomenlərinə 1 milyard 200 milyon lirə transfer etdiyi bildirilir. Əməliyyat nəticəsində 42 fenomenin əmlakına əl qoyulub. İddia olunur ki, saxlanılanlar arasında azərbaycanlı “tiktoker” Səfər Eyvazov da var. 726 mindən çox “follower”i olan Eyvazovun “Instagram”da 1 milyondan çox izləyicisi var. Lent.az məlumat yayıb ki, saxlanılanlardan biri də “TikTok”da “By MG” niki ilə tanınan Mehman Qədimbəylidir. Mehman Qədimbəyli Sədərək Ticarət Mərkəzinin sahiblərindən biri kimi tanınan Yusif Qədimbəylinin oğludur. Mehman Qədimbəyli Prezidentin sabiq köməkçisi Əli Həsənovun köməkçisi olub.