İlin əvvəlindən indiyədək bəziləri lider səviyyəsində olmaqla təxminən 2 min terrorçunu zərərsizləşdirdik. Gecə qəfil gələ biləcəyimiz xəbərdarlığımız dünən olduğu kimi, bu gün də qüvvədədir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
“Terrorçular tökdükləri hər damla qana görə cavab verəcəklər. Son terrorçu məhv olana qədər sərhədlərimiz daxilində və xaricində bu mübarizəni davam etdirəcəyik. Onlar ölkəmiz üçün təhlükə mənbəyidir”,- deyə Türkiyə Prezident vurğulayıb.