ABŞ-ın keçmiş prezidenti Donald Trampa 355 milyon dollar cəza verilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın şirkətləri Nyu-Yorkda mülki fırıldaqçılıq işi üzrə təqribən 355 milyon dollar cəza verilib.
Biznes vəziyyətinə görə Trampa üç il müddətinə əyalətdəki şirkətləri idarə etməyi qadağan edilib.
Noyabrda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Tramp sərvətini qanunsuz olaraq şişirtməkdə və əlverişli bank kreditləri və ya sığorta şərtləri əldə etmək üçün əmlaklarının dəyərini manipulyasiya etməkdə təqsirli bilinib.