Tovuzda fəaliyyət göstərən ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb.
AQTA-dan “Report”a verilən məlumata görə, Tovuz rayonu, Çatax kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov İmran Məhəmmədəli oğluna məxsus “Xarı Bülbül” ictimai iaşə müəssisəsində planlı yoxlama keçirilib.
Baxış zamanı müəssisədə sanitar norma və qaydaların, eləcə də qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub.
Belə ki, müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejimi və mal qonşuluğu qaydalarına riayət edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.