Ovçu Ryan Martin TikTok-da daha çox pul qazanmaq üçün porsuqları itlərə yedizdirib.
Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, itlərin porsuqları parçalamasını izləyən Martin həmin anları lentə alaraq sosial media hesabında paylaşıb. 23 yaşlı Martin törətdiyi cinayətləri etiraf etsə də, nə həbs cəzası, nə də pul cəzası alıb
Məhkəmə Martini 5 il heyvan saxlamamaq və 175 saat ictimaiyyət üçün ödənişsiz işləmək cəzasına məhkum edib.
Qeyd edək ki, Martin etiraf edib ki, ov itlərinin vəhşi heyvanları parçalayan dəhşətli görüntülərinin yaradılmasında məqsəd maddi qazanc əldə etmək olub.
Bununla yanaşı insanlar arasında böyük maraq yaratmaq üçün sosial media platforması üçün heyvan işgəncələrini əks etdirən daha çox məzmun yaratmağı planlaşdırdığını deyib.