Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılan qələbənin 3 illik yubileyini qeyd edir. Bu müharibə ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, Gürcüstanın Art-qaleri televiziya şirkətinin qurucusu Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, postsovet ölkələri arasında Azərbaycan ilk dəfə olaraq öz ərazi bütövlüyünü bərpa edib. Bu çox böyük və mühüm hadisədir. Azərbaycan Prezidentinin rəhbərliyi altında qazanılan bu qələbə tarixə qızıl hərflərlə yazılmalıdır.
“Mən səmimi qəlbdən qardaş və dost Azərbaycan xalqını bu gün münasibətilə təbrik edirəm. İnanırıq ki, tez zamanda Gürcüstan da qələbə qazanacaq”- deyə Txilava vurğulayıb.