Təhsil nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 5.2 milyon manatlıq tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, tenderdə “İnşaat Servis-X” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301230201) qalib elan edilib.
Satınalma müqaviləsinə görə “İnşaat Servis-X” MMC Zərdab rayonunun Dəliquşçu kəndində 264 yerlik tam orta məktəb inşa edəcək.
“İnşaat Servis-X” MMC 2006-cı ilin dekabr ayında dövlət qeydiyyatına alınıb.
İyirmi manat nizamnamə kapitalı olan qanuni təmsilçisi Əsədov Elxan Böyükbala oğludur.
Qeyd edək ki, Əsədov Elxan Böyükbala oğlunun adı “MTN işi”ndə keçir.
E.Əsədov MTN-nin 2012-2015-ci illər ərzində qanunsuz olaraq dinlədiyi sahibkarlardan olub.