Şuşada prezident seçkisi üzrə səsverməyə start verilib

 

Şuşada prezident seçkisi üzrə səsverməyə start verilib

Şuşada prezident seçkisi üzrə səsverməyə start verilibİşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar prezidenti seçkisi üzrə səsvermə keçirilir.

 

Oxu.Az xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb.

 

Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb.

 

Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib.

 

Səsverməni 13 nəfər yerli müşahidəçi izləyir.

 

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

 

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?