SÜPÜRGƏÇİ və ya SÜPÜRGƏÇİLİK?!

sondeqiqe paylas ictimailesdir

Bu mövzu haqqında mənim şəxsən öz məqalələrim öz fikirlərim olub ki, paylaşmışam ictimailəşdirmişəm bəzən ictimaiət arasından təpkilər olsa da çox hallarda göz ardına qoyan ictimaitimiz də olub. Bəzi MKTB idarələri var ki, Süpürgəçini loru dildə desək at yerinə də işlədirlər it yerinə də. Məsələn : Süpürgəçiyə aid olmayan ərazini süpürtdürmək, məzuniyyətdə ola ola işlətmək, cənab Prezident ərazidən keçəndə xüsusi xidmət orqanlarının işçiləri kimi yol kənarına düzmək, sürətli küləkdə yağışda boranda məcburi olaraq süpürgəçini saatlarla ərazidə saxlamaq və s. Saymaqla bitməz yazmaqla qutarmaz. Ümumiyyətlə SÜPÜRGƏÇİ və ya SÜPÜRGƏÇİLİKLƏ bağlı qanun necə tənzimlənməlidir? Ümumiyyətlə Süpürgəçinin hansısa haqqı hüququ varmı? Yoxsa briqadiri, texniki, ərazi cavabdehi, MKTB rəisi JEK rəisi elə hər gələn başına bir qapaz vurub ,, maiş alırsan canın çıxıb gecə də günüz də işləməlisən” deyib işlətməlidirlər? İnanırsızmı ki, bu kiçik qurumda ,,KRİŞALIQ” söhbəti də var? Hansısa idarə heyəti hansısa uzaqdan qohum olduğu Süpürgəçiyə KRİŞALIQ edir deyə o süpürgəçiyə gözün üstdə qaşın var deyən yoxdu. İctimai işlərə cəlb olunmur, dövlət tərəfindən təşkil olunan iməcliklərə cəlb olunmur.
Hardan baxsan hardan axtarsan bu MKTB-də və JEK-də nöqsanlar qalaq qalaqdır. Ancaq hər zaman ,, Danlanan” ,,İtin sözünü” götürən süpürgəçilərdi. Qanunların işlədiyi dövlətdə bu qurumları ,, Danlayan” bir kimsə yoxdumu? Süpürgəçinin haqqını hüququnu qoruyan qanun lahiyəsi və ya bir kimsə yoxdumu? Yazıq süpürgəçi ağzını açıb haqqına danışanda isə ilin günün bu vaxtı işdən çıxartmaqla hədə qorxu gəlirlər. Baxmayaraq ki, o süpürgəçinin bu işə ehtiyacı olduğu halda evində xəstəyə baxdığı halda gözünün önünü ,, Vəzifə Pərdəsi” örtmüş idarənin məmurları hədə qorxularından da geri qalmırlar.
Çox istərdik ki, bu mövzular haqqında bəzi media təşkilatları düzgün araşdırma aparıb ictimailəşdirsinlər.
Sonda yazımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının hər zaman hər yerdə səsləndirdiyi sözləri ilə yekunlaşdırmaq istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti : Mən hər zaman demişəm, yenə də deyirəm. Mən vəzifəyə təyin etdiyim şəxs və ya məmur XALQA xidmət etməlidi. Mən özüm xalqa necə xidmət edirəmsə mən təyin etdiyim məmur da xalqa xidmət etməlidir!!!
Hörmətli kiçik idarənin böyük məmurları. Siz məmursuz Süpürgəçi xalq. Siz xalqa xidmət etməlisiz. Onu əzməməlisiz, sındırmamalısız, işdən çıxartmaq hədə qorxusu ilə yaşatmamalısız. Unutmuyun siz bu zavallı SÜPÜRGƏÇİLƏRƏ görə o kresloda oturursuz kiminsə daydaylığının hesabına yox!!!

Hazırladı : Tural Ümid Akif oğlu

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?