Sumqayıtda meyiti tapılan uşağın nənəsindən ŞOK AÇIQLAMA: “Ahmet telefonda başqa qadınlarla danışdı”

Martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində qızını boğaraq öldürən 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Sonxeber.az xəbər verir ki, Ahmet Turan Yeşilin qaynanası Azadə Abdullayeva ARB televiziyasında yayımlanan “Səni Axtarıram” verilişinə danışıb.

 

Azadə Abdullayeva bildirib ki, qızı Ahmetlə sosial şəbəkədə tanış olub:

 

“Onların rəsmi və dini nikahları Türkiyədə oldu. Ahmet çox yaxşı insan idi. Qızım da dəfələrlə Ahmetə deyirdi ki, çox dəyişmisən. Günay mənə deyirdi ki, ana Ahmet bizə qarşı çox dəyişib. 1 gün də evə gəlmədi. Ahmet qızına çox bağlı insan idi. Hətta özünün ölümünə razı olardı nəyinki qızının. Hər işdən gələndə uşaqları üçün bazarlıq edirdi. Ahmetin ailəsi qızıma qarşı çox yaxşı olub. Ahmet gəzmək adı ilə uşağı evdən apardı. Səhərə qədər zəng etdi cavab vermədi. Kürəkənim oteldə tutulub. Qızım deyir ki, Ahmet telefonda başqa qadınlarla danışır. Qızım Ahemtin ikinci ailəsi idi. Ahmetin birinci nikahından iki övladı var”.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?