Son illər ölkəmizdə sınaq imtahanlarında iştirak edən şagirdlərin sayı xeyli artıb. Xüsusi ilə də abituriyentlər qəbul imtahanlarından əvvəl bir neçə dəfə sınaq imtahanı verirlər. Bu imtahanlara marağın kütləvi olması zaman keçdikcə qiymətlərin bahalaşmasına səbəb olub.
Sonxeber.az xəbər verir ki, sınaq imtahanlarının qiymətləri şagird və valideynləri narahat edən səbəblərdən birinə çevrilib.
“DİM təşkil etdiyi sınaqlar qəbul proqramına uyğun olsa da, qiymət məsələsi abituriyentləri bu sınaqdan yayındırır”, “DİM sınaq imtahanlarının qiymətləri nisbətən bir az münasib olsa daha çox şagird iştirak edə bilər”