Rəhmətlik Mirzə Ələkbər Sabir deyib:
Qalmayıb sevgi-məhəbbət işığında bir ümid,
Məcnun artistlik edir, Leyli yalandan danışır…
Sözümüz böyük satirik şair Sabirin adını daşıyan Sabirabad rayonundandır. Rayonun Şəhriyar kəndinin ərazisində Leyli və Kəmalə adlı qadınlara məxsus əxlaqsızlıq yuvalarında qeydə alınmış video-görüntülər saytların birinin “tik-Tok” səhifəsində paylaşılıb. Sonra isə material internetdən silinib. Lakin həmin görüntüləri silinməzdən əvvəl endirib saxlamağa macal tapdıq.
Xatırladaq ki, ötən ay internetdə Şəhriyar kəndində Mahir adlı şəxsə məxsus obyektdə qısa tumanlı qadınların rəqs etdikləri görüntülər paylaşılmışdı. Hansı ki, kənd yerində belə hərəkətlər yalnız yüngül əxlaqlı qadınlardan gözlənilir və yolverilməz hesab olunur.
Yol – rəvac verən isə Sabirabad Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Ramin Qədirovdur. Məhz onun bu ilin iyun ayında Sabirabada gəlişindən sonra rayondakı “pritonlar”da “oblavalar” keçirildi. Bu reydlərdən sonra necə oldusa, əxlaqsızlıq yuvaları saxlayan şəxslər sanki “kart-blanş” qazanıblarmış kimi özlərini rahatlanmış hiss edib fəaliyyətlərini bir növ açıq müstəviyə keçirdilər.
Məlumatlarda qeyd olunur ki, Ramin Qədirov son təyinatdan əvvəl Goranboy Rayon Polis Şöbəsinin rəisi vəzifəsində işlədiyi dönəmdə də Goranboyda biznesin bu növü “çiçəklənibmiş”.
Oxucularla irəliləyən görüşlərimizdə Sabirabad rayonunda şıdırğı fəaliyyətdə olan başqa “pritonlardan” da söhbəıt açacağıq.
İbrahim Hümbətov
Mənbə : azerinfo.info