Səməd Seyidov AŞPA-da erməni həmkarlarının təxribatlar törətdiyini deyib.
APA-nın Britaniya bürosunun xəbərinə görə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı çıxış edib.
O bildirib ki, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar gedir. Buna baxmayaraq AŞPA-dakı erməni parlamentarilər gələcək haqqında düşünmək, irəliyə baxmaq yerinə keçmişdən danışırlar.
“Onlar təxribatlar törədirlər, düşmənçilik bəsləyirlər. Bir yerdə oturub gələcəyimizi düşünmək yerinə blokadadan, genosiddən, Laçın yolunun bağlı olmasından danışırlar. Onların dedikləri mövcud deyil və gerçəyi əks etdirmir “,- deyə Səməd Seyidov bildirib.
O, qeyd edib ki, onlar Azərbaycanı yanlış şəkildə təqdim etməyə çalışaraq beynəlxalq təşkilatlara yalvarırlar: “Bu düzgün yol deyil, bu münasibətlə sülhə nail ola bilməyəcəklər “,- deyə Səməd Seyidov bildirib.