Şəkidə sirkə turşusu içən sərxoş kişi ölüb.
“Report”un xəbərinə görə, hadisə avqustun 18-də rayon ərazisində qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini T.Bilalov yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında psixoloji gərginlik keçirərək soyuducuda olan sirkə turşusunu içib.
Həmin zaman evdə olan ailə üzvləri tərəfindən o, dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, T.Bilalov avqustun 19-u saat 01 radələrində həmin xəstəxanada ölüb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.