Şəhid və qazi ailəsi adından sui-istifadə edən şəxsləri hansı cəza gözləyir? – AÇIQLAMA

Ölkədə qazi, Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi adından istifadə edən şəxslər az deyil. Həmin şəxslər bu adlar istifadə edərək qanunsuzluq və dələduzluq hallarına yol verir. Hətta yeri gəlir paytaxt ərazisində narahatlıq belə yaradırlar. Bu baxımdan şəhid və qazi ailələrinin adından istifadə edən şəxsləri hansı cəza gözləyir?.

Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Sonxeber.az-a açıqlamasında bildirib ki, əfsuslar olsun ki, cəmiyyətimizdə belə xoşagəlməz hallara tez-tez rast gəlirik:

“Rəğbətlə yanaşdığımız və həssas olan insanların, qazi, şəhid ailəsi adından istifadə edərək cəmiyyətdə vətəndaşlarımıza qarşı müxtəlif yollarla cinayətlər törədilir. Bunlardan daha çox yayılanı dələduzluq cinayətidir. İnsanların etibarından istifadə edərək onların əmlaklarını və hüquqlarının ələ keçirilməsi ilə bağlı addımlar atılır. Belə dəyərlərdən sui-istifadə etmək üçün ən münbit şərait dələduzluq cinayətidir. Bu cinayətin özü Azərbaycanın cinayət qanunvericiliyi ilə ciddi şəkildə məsuliyyət tədbirləri nəzərdə tutur. Hər bir halda, bu addımın ilk olaraq mənəvi tərəfləri var. Cəmiyyətimiz tərəfindən bu hallar sərt qınağa tuş gəlir. Bu qəbuledilməzdir. Belə insanlara münasibətdə cəmiyyətdə çox hiddət var. Cinayət qanunvericiliyində yumşaldıcı məqamlar olsa belə, insanlarımız arasında belə hallar yumşaq qarşılanmır”.

Xəyal Bəşirovun sözlərinə görə, bu əməllər qanunvericilikdə ciddi məsuliyyət yaradır:

“Bunun kiminsə adından istifadə edilməsindən asılı olmayaraq, dələduzluq cinayəti törədibsə 178 ci maddə ilə 2 ilə qədər azadlıqdan məhrum etmə işləri daxil olmaqla, ictimai işlər, ictimai-islah işləri və cərimələr nəzərdə tutulub. Təbii ki, bununla məhdudlaşmır. Dəfələrlə törədilməsi və digər ağırlaşdırıcı hallarda bu 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzasını reallaşdırır. Daha ağırlaşdırıcı hallarda isə 7 ildən 12 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Təsəvvür edin bir şəxsin törətdiyi cinayət onun 12 ilə qədər azadlıqdan məhrum edilməsinə gətirib çıxarır. Xüsusilə qazi və şəhid ailəsi adından sui-istifadə edərək bunu törədir. Mən düşünürəm ki, cinayət qanunvericiliyində ağırlaşdırıcı hallar var. Ağırlaşdırıcı hallar konkret olaraq nəzərdə tutulmalıdır. Nəzərdə tutulubsa tətbiq edilə bilər. Bu baxımdan qanunvericilikdə yoxdursa belə şəxslərə qarşı ağırlaşdırıcı hallar tətbiq edilməlidir. Gələcəkdə belə halların qarşısını almaq üçün, cəmiyyətin sərt qınağını bunun ağırlaşdırıcı hal kimi nəzərdə tutulub əlavələr edilə bilər”.

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?