“Report” xəbər verir ki, bunu vilayətin qubernatoru Andrey Klıçkov bildirib.
Onun sözlərinə görə, PUA-lar yanacaq-energetika kompleksinə zərbələr endirib. Nəticədə yanğın baş verib.
A.Klıçkov yanğının lokallaşdırıldığını və 2 PUA-nın zərərsizləşdirdiyini söyləyib.
Qubernatorun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Vəziyyət nəzarət altındadır. O, şəhər sakinlərinə ayıq-sayıq olmaları barədə çağırış edib.