Bazar ertəsi keçirilən görüşdə Avropa İttifaqı (Aİ) ölkələrinin energetika nazirləri qarşıdan gələn qışa hazırlıq və qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər, həmçinin Rusiyadan qaz nəqlində azalmanın davam etdiyini qeyd ediblər.
“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Lüksemburqda keçirdiyi mətbuat konfransında Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
“Şura qışa hazırlıq və tədarükün təhlükəsizliyini də müzakirə edib. Rusiyadan qaz nəqlində azalma davam edir, LNG (mayeləşdirilçiş təbii qaz – red.) tədarükü Rusiyadan boru kəməri qazının tədarükünün azalmasını tam kompensasiya edə bilməyib. Rusiyadan LNG tədarükü məhdud olaraq qalır”, Avropa komissarı görüşdən sonra bildirib.
Eyni zamanda, o, bir sıra Aİ ölkələrinin “şirkətlərini Rusiyadan LNG tədarükü üçün yeni müqavilələr bağlamamağa çağırmaq təşəbbüsünü alqışlayıb.