Rusiya sülhməramlıları indi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələri ilə Azərbaycanın rəsmi şəxsləri arasındakı təmaslara kömək edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Onlar iki gün bundan əvvəl görüşüblər. Bizim sülhməramlılarımız etimadı möhkəmləndirmək üçün oradadırlar. Bunun üçün nə qədər vaxt, hansı sayda sülhməramlının tələb olunacağı yerində həll olunan məsələdir”, – deyə nazir əlavə edib.