Rusiya XİN Fransa Prezidenti Emmanuel Makronun bəyanatını “təhrikçilik” adlandırıb

0

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidentinin bəyanatını “təhrikçilik” adlandırıb. Emmanuel Makron Rusiyanın Azərbaycanla ortaq olduğunu və Ermənistanın ərazi bütövlüyünü hədələdiyini bildirib.

 

AZƏRTAC xəbər verir ki, Mariya Zaxarova bu barədə sentyabrın 27-də açıqlama verib.

 

“Bu, həm də təhrikçilik deməkdir. Fransa təmsilçilərinin bu təxribatçı ritorikası və fəaliyyəti onların Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində qərəzli mövqe tutduqlarını göstərir. Onlar indiyədək bölgəyə sülhün qaytarılmasını qarşısına məqsəd qoymuş vasitəçi kimi yox, məhz öz şəxsi siyasi maraqlarını güdmək mövqeyindən çıxış ediblər”, – deyə o bildirib.

Bir yanıt yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

WP Popup
whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?