Rusiya BMT Baş Assambleyasında neokolonializmlə mübarizə üzrə qətnamə hazırlayır

Rusiya BMT Baş Assambleyasında tərəfdaşları ilə birlikdə neokolonializmlə mübarizə üzrə qətnamə hazırlayır.

“Report” xəbər verir ki, bu barədə TASS-a Vladivostokda keçirilən “Millətlərin azadlığı uğrunda hərəkat!” forumunun yekunlarına əsasən Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

“Bu gün biz həmfikirlərlə birlikdə BMT Baş Assambleyasında qətnamə layihəsi üzərində işləyirik. Bundan əlavə, bu mövzu yüksək səviyyəli danışıqlarda getdikcə daha çox eşidilir. Neokolonializmlə mübarizə mövzusu aparıcı məsələlərdən birinə çevrilir”, – Rusiya XİN-dən vurğulanıb.

Xatırladaq ki, Vahid Rusiya Partiyasının təşkilatçılığı ilə “Millətlərin azadlığı uğrunda hərəkat!” daimi komitəsinin iclası “BRİKS və tərəfdaş ölkələr” formatında “Çoxqütblü dünya naminə dünya çoxluğu” beynəlxalq partiyalararası forumu çərçivəsində baş tutub.

“Neokolonializmlə mübarizə mövzusu dünyanın əksər ölkələrində anlayış və maraqla qarşılanıb. Müasir dünya reallıqlarında başqa cür ola da bilməz. “BRİKS və tərəfdaş ölkələr” formatında “Çoxqütblü dünya naminə dünya çoxluğu” adlı beynəlxalq partiyalararası forumda 30-dan çox ölkə iştirak edib”, – nazirlikdən qeyd edilib.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?