“Real Madrid”də çıxış edən Türkiyə millisinin üzvü Arda Gülərin sağalma prosesi davam edir.Metbuat.az xəbər verir ki, bununla belə “Real” Ardaya oynamaq şansı vermək üçün onun tam sağalmasını gözləyəcəyi bildirilib. Bundan əvvəl Ardanın milli komandaların oyununda sonra məşqlərə qatılacağı və “Atletiko Madrid”lə oyunda heyətdə yer alacağı gözlənilirdi. Ancaq “Real Madrid” Arda Gülər məsələsində tələsməmək qərarına gəlib. Bildirilir ki, “Real” bu barədə qərarını Ardaya bildirib.
Məlumata görə, Arda oktyabr ayında heyətə daxil ediləcək.