“Real” futbolçusu Dani Sebalyosla müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin yeni anlaşması 3 illik olacaq.
Yayda azad agent statusu alacaq futbolçu İspaniya nəhəngindən ayrılmağa yaxın idi. Lakin klub rəhbərliyindən cəlbedici təklif alan Sebalyos qalmağa razılıq verib. Yeni müqavilənin bu həftə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Sebalyos 2017-ci ildən “Real” forması geyinir.