“Rakurs” bülleteninin yeni nömrəsi çap olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin 2-ci və 3-cü rüblər üzrə nömrəsi işıq üzü görüb.

 

AZƏRTAC xəbər verir ki, bu nömrənin özəlliyi Kinematoqrafçılar İttifaqının son 6 ay ərzində fəaliyyətini əhatə etməsidir. Bundan başqa, bülletendə çəkiliş meydançaları, festivallar və müsabiqələr, yubileyi olan filmlər, sənət adamları haqqında məqalələr yer alıb.

 

Bülletendə Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Azərbaycan” kinoteatrında rejissor İlqar Nəcəfin “Suğra və oğulları” filminin nümayişi, hollandiyalı ssenarist, bir sıra nüfuzlu kinofestivallarının iştirakçısı və qalibi Roelof Yan Minneboonun ustad dərsi keçirməsi, sənətşünas Nadir Bədəlovun ssenari yaradıcılığı və kinoşünaslığa həsr olunmuş “Kino gözlə söz arasında” kitabının təqdimatı, eləcə də, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.

 

Xatırladaq ki, əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarət olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası əsasında yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevin məsləhətilə çap edilir.

 

Bülletenin nəşrə məsulu, AKİ katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanovadır

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?