Rəşad Məhəmmədoğlu
Uzaq qadın
Görəsən necədir sizin tərəflər?
Kölnümə aradım cavab bu axşam.
Səsimdən səs alır əsən küləklər,
Öpür yanğından, susub bu axşam.
*
Düşüb təkliyimə sərt intizarın,
Soyudur odamı sərt soyuq qışım.
Nə vaxtır içimdə donub ilqarın,
Oduna əryir donan göz yaşım.
*
Həsrətim töküldü ayaqlarına,
Xumarı dizəcən, bəs etmədimi?
Külək pəncərəmdən döyür canıma
Nəfəsim qulaqda səs etmədimi?
*
Ac idim eşqinə, “zikri dad”ım sən,
Ömrünü ömrümə ayıran qadın.
Dərdlərin dadını sən nə bilirsən?
Məni dərdləriylə doyuran qadın.
*
Bəzəkli libasın zövqlər bəzəyər,
Arzün doğulsa da könlün bəzənməz.
Uzaqlar qəm biçər, yaxın gözləyər,
Ruhun kölgəmdədir, uzaq gəzəmməz.
*
De görüm, necədir sizin tərəflər?
Halını soruşdum, nə yazaq qadın?
Ürəklər inciyər sözlər təriflər,
İntizar ah çəkər, ey uzaq qadın.