Qəzza zolağında 146-sı israilli olmaqla 161 girov saxlanılır.
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib.
Onun sözlərinə görə, girovların 126-sı kişi, 35-i qadındır: “18-dən az yaşı olan 4 uşaq, 75 yaşdan çox 10 nəfər var. Bütün girovları geri qaytaracağıq. Bu vədimizə əməl edəcəyik. Heç kim girov qalmayacaq”.
Bildirilib ki, indiyədək HƏMAS 20-si xarici ölkə vətəndaşı olmaqla 60 israillini, İsrail isə saxlanılan 180 fələstinlini sərbəst buraxıb.
Qeyd edək ki, noyabrın 30-dan humanitar atəşkəsin müddəti uzadılıb.