Qorxunc HADİSƏ: Qadın 5 il qardaşının meyiti ilə YAŞADI

Avstraliyanın Melburn şəhərində 70 yaşlarında bir qadının 5 ildir qardaşının cəsədi ilə siçovulların basdığı ​​evdə yaşadığı müəyyən edilib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qadının yaşadığı ev Melburnun ən zəngin bölgəsi olan Nyutaunda yerləşir və 1,1 milyon dollar dəyərindədir.

Bu hadisə, qadının başqa cinayətə görə saxlanılmasından sonra məlum olub. Qonşular evdən gələn kəskin qoxu ilə bağlı dəfələrlə səlahiyyətli orqanlara şikayət etdiklərini, lakin səlahiyyətlilərin bu şikayətləri ciddi qəbul etmədiklərini bildiriblər.

Polis isə meyitin tamamilə skeletə çevrildiyini bildirib. Kişinin cəsədi tamamilə skeletə çevrilənə qədər ölüm səbəbinin müəyyən edilməsi üçün onun skeleti yarılmağa göndərilib. Qadın nəzarətə götürülərək reabilitasiya mərkəzinə göndərilib.

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?