Qazaxıstan Avropa İttifaqı (Aİ) ilə investisiya tərəfdaşlığını dərinləşdirmək və ticarəti şaxələndirmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Baş naziri Əlixan Smailov Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçlə görüşündə deyib.
Ə.Smailovun sözlərinə görə, Qazaxıstan Aİ ilə investisiya tərəfdaşlığının daha da dərinləşdirilməsində və qarşılıqlı ticarətin şaxələndirilməsində maraqlıdır: “Eyni zamanda, kritik xammal sahəsində qarşılıqlı fəaliyyət son illərdə getdikcə daha çox əhəmiyyət kəsb edir”.