Avropa Liqasının qrup mərhələsində VI turun ən yaxşı qolu adına namizədlər bəlli olub.
“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın Bakıda İsveçin “Hakken” komandasına vurduğu qol da yer alıb.
29 yaşlı yarımmüdafiəçi 2:1 hesabı ilə qalib gəldikləri matçda komandasının sonuncu qolunun müəllifi olub. Digər namizədlər İngiltərənin “Brayton” komandasından Joau Pedro, Fransanın “Renn” klubundan Lorents Assinyon və Yunanıstanın “Olimpiakos” kollektivindən Daniel Podensedir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.