“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxacaq

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

 

“Report”un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin “Hakken” klubunu qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də start götürəcək. Matçın baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.

 

“Köhlən atlar” qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.

 

H qrupunun digər görüşündə “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik “Molde” üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.

 

UEFA Avropa Liqası

 

VI tur

 

21:45. “Qarabağ” – “Hakken” (İsveç)

 

Baş hakim: Yucin Caya (Albaniya).

 

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?