Üç həfətdir reanimasiyada olan Fransanın PSJ klubunun qapıçısı Serxio Riko komadan ayılıb.
“Report”un məlumatına görə, bu barədə ispaniyalı qolkiperin xanımı Alba Silva “Telecinco” kanalına açıqlama verib.
“Nəhayət, tunelin sonunu görürük. Addım-addım gedirik. Əvvəldən bilirdim ki, Serxio bu işin öhdəsindən gələcək. Çünki əsl çempiondur”, – o bildirib.
Qeyd edək ki, Serxio Riko ölkəsində istirahətdə olarkən atdan yıxılaraq başından ciddi xəsarət alıb.