Premyer Liqa: “Kəpəz” turun son oyununda “Araz-Naxçıvan”a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

 

“Report” xəbər verir ki, sonuncu matçda “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

 

Qəbələ şəhər stadionunda reallaşan qarşılaşma Gəncə klubunun qələbəsi ilə bitib – 3:1. “Sarı-göylər”in qollarını 19 və 34-cü dəqiqədə Ehtiram Şahverdiyev, 69-cu dəqiqədə Amil Yunanov vurub. Naxçıvan təmsilçisinin heyətində isə 28-ci dəqiqədə Orxan Əliyev fərqlənib.

 

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran “Kəpəz” 9-cu sıradakı mövqeyini möhkəmləndirib. “Araz-Naxçıvan” isə 27 xalla 6-cı pillədə qalıb.

 

Qeyd edək ki, XXI turda “Qarabağ” “Səbail”i, “Sumqayıt” isə “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. “Sabah” – “Turan Tovuz” və “Qəbələ” – “Zirə” matçları 1:1 hesabı ilə yekunlaşıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?