“Kaxovka su elektrik stansiyasını (SES) Rusiya ordusunun 205-ci motoatıcı briqadası partladıb”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi başçısının müşaviri Mixaylo Podolyak yerli televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna kəşfiyyatının məlumatına əsasən, Kaxovka SES-i Rusiya Silahlı Qüvvələrinin 205-ci motoatıcı briqadası partladıb: “Bu, ilkin məlumatdır. Hazırda bütün informasiyalar yoxlanılır”.