Pentaqon Ostinin xəstəliyi barədə Ağ Evə məlumat verməyib

ABŞ-ın Müdafiə Nazirliyi Pentaqonun rəhbəri Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatı üç gün Ağ Evdən gizli saxlayıb.

 

“Report”un məlumatına görə, bu barədə “Politico” qəzeti rəsmilərə istinadən məlumat yayıb.

 

Onların sözlərinə görə, Ağ Ev nümayəndələri Pentaqonun rəhbərinin yanvarın 1-də xəstəxanaya yerləşdirilməsindən yalnız cümə axşamı, yanvarın 4-də xəbər tutublar ki, bu, “ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da daxil olmaqla, yüksək səviyyəli rəhbərliyi şoka salıb. “Bu, belə baş verməməli idi”, – məmurlardan biri deyib. “Rəhbərliyin böyük, çox böyük hissəsinin bundan xəbəri yox idi”, – başqa mənbə əlavə edib.

 

Pentaqon rəsmiləri nəşrə bildiriblər ki, hətta ABŞ-ın yüksək rütbəli hərbi rəsmiləri də mətbuat xidmətinin cümə günü rəsmi açıqlamasına qədər Ostinin vəziyyətindən xəbərsiz olublar. Departament rəsmilərindən biri deyib ki, onlara Pentaqon rəhbərinin bir həftə evdən işləyəcəyi deyilib.

 

Departamentin sözçüsü Patrik Rayder daha sonra izah edib ki, Ostinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı elanda gecikmə bir neçə səbəbdən baş verib. “Vəziyyət inkişaf etdikcə, tibbi və məxfi məsələlər də daxil olmaqla bir neçə amili nəzərə almalı olduq”, – “Politico” onun sözlərini sitat gətirib.

 

Ostin yanvarın 1-də son tibbi prosedurdan yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib. O, hazırda vəzifəsinə qayıdıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?