Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, onlar Qarabağdakı vəziyyəti müzakirə ediblər.
Həmçinin, mətbuat xidməti Paşinyanın Fransa Prezidenti Emmanuel Makrona da zəng etdiyini açıqlayıb.