Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 21 yoluxma faktı qeydə alınıb

Noyabrın 13-dən 19-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, ötən həftə analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 834 min 135 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 823 min 729 nəfər müalicə olunaraq sağalıb, 10 min 367 nəfər vəfat edib. Aktiv xəstə sayı 39 nəfərdir.

 

Son həftədə yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 42, bu günə qədər isə ümumilikdə 7 milyon 711 min 925 test icra olunub.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?