Neft və qaz sənayesinin innovasiya və texnologiyaların ən qabaqcıl mövqeyində olmasının uzun tarixi var.
“APA-Economics”in Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Katibliyinin Tvitter paylaşımına istinadən verdiyi xəbərə görə, bunu OPEC-in baş katibi Haysam Əl-Qays deyib.
Onun sözlərinə görə, neft-qaz sənayesi emissiyasız gələcək qurmağa kömək edəcək daha təmiz və səmərəli texnoloji həllərin inkişafını dəstəkləmək üçün qeyd olunan təcrübədən istifadə etmək imkanına malikdir.