Ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsinə sayılı günlər qalıb

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB), “Sağlam Ailə Tibb Mərkəzi” və “Facemark” şirkətinin ortaq təşkilatçılığı ilə ölkədə ilk dəfə keçiriləcək Səhiyyə Menecmenti Zirvəsi noyabrın 16-da “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaq.

Tədbirin keçirilməsində məqsəd səhiyyə sistemi və xidmətlərinin effektiv təşkili, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yalnışları müəyyənləşdirmək, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Tədbir “Fərq Yaradır” konsept mesajı ilə bir gün davam edəcək Zirvə “Səhiyyədə dövlət və özəl sektor tərəfdaşlığı”, “Səhiyyədə İnnovasiyalar və Rəqəmsallaşdırma”, “Səhiyyədə Strateji İdarəetmə” panelləri üzrə 15-dək spiker və moderatoru bir araya gətirərək ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək.

Zirvədə ölkənin özəl və dövlət tibb müəssisələrinin nümayəndələrinin, yerli və xarici spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar gerçəkləşəcək. Tədbirdə bir sıra dövlət qurumlarının rəhbərləri, xarici ekspertlər, millət vəkilləri, dövlət, həmçinin özəl tibb müəssisələrinin nümayəndələri və digər qonaqlar iştirak edəcək. Fəaliyyət göstərdiyi istiqamət üzrə yeniliklərə imza atmaq və səhiyyə sahəsində çalışan 400 nəfərədək peşəkarla bir arada olmaq istəyən hər kəs qatıla bilər.

Zirvə haqqında ətraflı məlumatı və iştirak üçün biletləri www.hmsbaku.az rəsmi veb saytından, eyni zamanda sosial media hesablarından əldə etmək mümkündür.

Facebook: https://www.facebook.com/hmsbaku

İnstaqram: https://www.instagram.com/hmsbaku/

LinkedIn:https://www.linkedin.com/company/98313581/

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?