Ölkənin baş notariusu işdən çıxarıldı

Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin (Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi) rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.

 

Qaynarinfo-ya daxil olan məlumata görə, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

 

Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Soltanov Mehman Nəsir oğlu uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb. İdarə ləğv olunandan sonra Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini olub.

 

Mehman Soltanob çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2018-ci ildə Ədliyyə Nazirliyinin 100 ilik yubiley medalı ilə təltif edilib.

 

Xatıradaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub.

 

 

Sonxeber.az

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?