Dünyada nüvə təhlükəsi hələ də planet sakinlərini narahat edən əsas məsələlərdən biridir.
Bu barədə “Gallup International” tədqiqat agentliyi beynəlxalq assosiasiyasının 40 ölkədə keçirdiyi “İlin sonu” (“End of the Year”) adlı qlobal sorğunun nəticələrindən bəlli olub.
Məlum olub ki, dünya üzrə respondentlərin 40%-i nüvə silahından istifadə riskini yüksək, 37%-i orta hesab edir, 14%-i isə nüvə təhlükəsi görmədiyini açıqlayıb. Qalanları cavab verməkdə çətinlik çəkiblər.
Nüvə müharibəsindən ən çox İndoneziya və Nigeriyada yaşayanlar qorxur. Onların 72 faizi nüvə silahının istifadə oluna biləcəyini deyib.
Azərbaycan ümumilikdə nüvə təhlükəsi məsələsinə kifayət qədər optimist münasibət nümayiş etdirir. Belə ki, sorğuda iştirak edənlərin yalnız 18 faizi riski yüksək qiymətləndirib. Respondentlərdən 34 faiz təhlükəni orta, 26 faizi isə riski aşağı qiymətləndirdiyini qeyd edib./Oxu.az