14 avqust tarixində onlinexeber.com rəsmi internet xəbər saytının baş sponsorluğu və Şəhid ailəərinin, 44 günlük Vətən müharibəsinin Qazilərinin dəstəyi ilə Novxanı çimərliyində yerləşən “SEASHELL” istirahət mərkəzində Daun sindromlu xəstəliyindən əziyyət çəkən uşaqlar üçün möhtəşəm tədbir təşkil olunmuşdur.
Tədbir Şəhid ailələri, Qazilər, o cümlədən gənc və populyar sənətçilərin, media mənsublarının iştirakı ilə baş tutub.
Tədbirdə onlarla fiziki məhdudiyyətli uşaq və onların valideynləri iştirak edib.
Təbdirin təşkilatçısı isə xeyriyyəçi Könül Sultan idi.
Eyni zamanda, tədbirin baş tutmasında, ona dəstək verilməsində hər zaman Şəhid ailələrinin yanında olan Xəyalə Məmmədovanın rolu olub.
Etikxeber.az xəbər verir ki, saat 19:00-da başlayan tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra qısa çıxışlar edilib, tədbirin mahiyyəti barədə məlumat verilib, gənc sənətçilər tərəfindən manhılar ifa edilib və səsləndirilib.
Gənc sənətçilər öz ifaları ilə tədbirə xüsusi ahəng və rəng qatıblar.
Eyni zamanda, tədbir iştirakçılarına-Şəhid ailələrinə, Şəhid analarına, fiziki məhdudiyyətli uşaqlara hədiyyələr, diplomlar təqdim olunub.
Həmçinin, fiziki məhdudiyyətli uşaqlar tərəfindən rəsqlər ifa olunub, gənc modelyerlərlə birlikdə onların moda yarışması nümayiş etdirilib.
Tədbir 4 saata yaxın davam edib.