“Niyə maşınıma söykəndin” deyib dava sald

Türkiyədə park edilmiş avtomobilə söykənən hərbi qulluqçular və avtomobil sahibi arasında mübahisə olub.

 

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, mübahisə qısa zamanda davaya çevrilib.

 

Hadisə 8 Mart gecə saatlarında Kadıköy Rasimpaşa Məhəlləsində baş verib. Dayanmış avtomobilə söykənən hərbi qulluqçulara avtomobilin sahibi tərəfindən xəbərdarlıq edilib. Tərəflər arasında başlayan mübahisə qısa zamanda davaya çevrilib.

 

Hadisə anı yaxınlıqdakı iş yerinin təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb. Görüntülərdə mübahisə zamanı hərbçilərin avtomobil sahibini sillələdiyi görünür. Ətrafdakıların davanı ayırmaq üçün gəldiyi zaman, hərbçi belindən silahı çıxararaq atəş açır.

 

Polis hadisə ilə bağlı araşdırma başladıb.

By Admin

Related Post

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

whatsappı aç
Scan the code
Salam biz sizə necə komək edə bilərik?