“Azərbaycana salamlarımı göndərirəm”.
Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda səfərdə olan İsrail Dövlətinin Baş naziri Binyamin Netanyahu “Report”un ABŞ bürosuna açıqlamasında deyib.
Baş nazir İsrail və Azərbaycan münasibətlərindən bəhs edib: “İsrail Dövləti ilə Azərbaycan arasında hər şey əladır, inanın daha da yaxşı olacaq. Azərbaycana salamlarımı göndərirəm. Sizinlə ətraflı danışmağı çox istərdim, amma vaxt yoxdur. Uğurlar”.