Azərbaycanın yeganə regional sığorta şirkəti – “Naxçıvan Sığorta” ASC bazarı tərk etməyə hazırlaşır.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, “Naxçıvan Sığorta”nın yeganə səhmdarı “Naxçıvan Bank” ASC-nin qərarına uyğun olaraq şirkətin Direktorlar Şurası lisenziyanın ləğv edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bununla bağlı tənzimləyici qurumun qərarı gözlənilir.
Bundan sonra “Naxçıvan Sığorta”nın öhdəliklərini “Atəşgah Sığorta” ASC icra edəcək.